Region gənclərinin Climbing Festivalı keçirilib - + FOTO

Region gənclərinin “Climbing Festivalı” keçirilib + FOTO

Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin təşkilatçılığı ilə gənclərdə mənəvi vətənpərvərlik hisslərinin yüksəldilməsi və alpinizm, dağçılıq idman növünə marağın artırılması istiqamətində “Region gəncləri arasında Climbing Festivalı” keçirilib.

 

Mərkəzin nəzdində fəaliyyət göstərən Kəpəz Dağçılıq Klubunun təşəbbüsü ilə ekstrimal sevən gənclər üçün təlim Göygöl rayonunun Qızılca kəndi yaxınlığındakı dağ yamacları və qayalıqlarda təşkil olunmuşdur.Gənclər üçün Təhsil Mərkəzi - Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün mübariz ruhda tərbiyə edilməsi istiqamətində yetişdirilməsi məqsədilə region gəncləri üçün ekstrimal idman növləri üzrə qeyri formal təhsili və maarifləndirici tədbirlərin silsilə şəkildə təşkil edəcəklərini vurğulamışdır.

 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov gənclərin ekstrimal idman növü üzrə tədbirlərdə hər zaman dəstək olacaqlarını söyləmiş və gənclərə uğurlar arzulamışdır. Daha sonra Kəpəz Dağçılıq Klubunun rəhbəri peşəkar alpinist-təlimçi Orxan Emirxanov iştirakçılara alpinizm idman növü haqqında məlumatlandırmış və qayalara dırmanış və eniş qaydaları haqqında təlimatlarla tanış etdikdən sonra festivala start verilmişdir.

 

Festivalda təşkilat üzvləri ilə yanaşı Samux, Daşkəsən, Göygöl ,Qazax, Tovuz, Şəki ,Gəncə və Bakı şəhərində yaşayan gənclərdən ibarət 30 nəfər ekstrim sevən gənclər iştirak etmişdir. Layihə Kəpəz Dağçılıq İdman Klubunun təşkilatçılığı , Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Fairex Hava və Ekstrimal İdman növləri Fedarasiyası, Şəki AMA, Başkənt Gəncə Restoranının texniki dəstəyi ilə həyata keçirilmişdir. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !