Gəncə Dövlət Universitetində gənc alimlərin beynəlxalq elmi konfransı keçiriləcək -

Gəncə Dövlət Universitetində gənc alimlərin beynəlxalq elmi konfransı keçiriləcək

Oktyabrın 17-18-də Gəncə Dövlət Universitetində “Gənc alimlərin II Beynəlxalq Elmi Konfransı” keçiriləcək.


Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, konfransın təşkilində məqsəd gənc tədqiqatçıların elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc araşdırmaçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsini və onların həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.


Məlumat verilib ki, konfransdakı mövzular 3 bölmədə müzakirə ediləcək. Birinci bölmədə iqtisadiyyat, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi, muhasibat uçotu və audit, beynəlxalq münasibətlər, tarix və siyasi elmlərə aid məruzələr dinləniləcək. İkinci bölmədə dəqiq və təbiət elmləri, informasiya və kommunikasiya texnologiyaları, fizika və kimya sahəsində gənc alimləri maraqlandıran mövzularda məruzələr olacaq. Üçüncü bölmədə isə filologiya, pedaqogika və tərcüməşünaslığın müasir problemləri elmi müzakirəyə çıxarılacaq.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !