Ağac kəsən şəxs cərimələndi -

Ağac kəsən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !