Maya Quliyeva : - Mirasımız- meğlubiyyət...

Maya Quliyeva : Mirasımız- meğlubiyyət...

Orda bir köy var uzakda
O köy bizim köyümüzdü
Getmesek de, görmesek de
O köy bizim köyümüzdü.
Artıq köyümüzdümü ve bizimdimi ...??
Gözdən uzaq olan könüldən de iraq olar deyib ulu babalarımız.
Hər il, her il eyni söz, eyni istək, eyni arzu, eyni ümidlə yola veririk 23 iyulu.
Bu 24 ildə görəsən niyə əksini etməmişik ???
Axı verilen məlumatlara istinad etsək guya Ermənistan xalqı çox zəifdi, camaatı iqtisadi böhran yaşayır, işsizlik ölkəni (Ermənistanı), ağzına alıb, aclıq ve səfalet içinde olan xalq (Ermənistan xalqı), ölkəni kütlevi şəkilde tərk edirlər.
Azərbaycan kimi qüdrətli bir dövlətin 20% torpağını işğal etmiş, əhalisinin öldürdüyünü faciə ilə öldürmüş, əsir götürdüyünü götürmüş, yaraladığını heyatdan əlil etmiş Ermənistanda göresən aclıqdan, səfalətdən, ölkədən kütləvi köçmələrden sonradamı erməni qalib...!!!???????
Ordakı aclığı, səfaləti görənlər bir zəhmet , mənə xəbər etsin görüm Qarqarımın o tayındakı kəndlərdə ilanlardan başqa canlı varmı..????
Çünki sözlərinizden bələ çıxır ki, bütün erməniler ölkəni tərk ediblər.
Ürəyiniz üzülsün ürəyimizi üzənlər.
Canında , qanında Qarabağa, o torpaqlarımıza qovuşmaq arzumuzu üreyimizdə qoyanların bütün arzuları ürəklərində qalsın inşallah. Axi nə aparacaqsiz yığdığınız bu qədər var-dövlətdən?
Nə..?????
2 metr yer qazılacaq hamı kimi. Bir tek ferq, qəbirlerin görünüşündə olacaq. Torpağın altında qalan hər şey eynidi axı. Yaxşı, bürünəcəyiniz kəfən ipək olsun, lap qızıl saplardan toxunsun o kəfən....
Bəs sonra ..?????
Heçmi yatıb da ayılmayacağınızı fikirləşmirsiniz ????
Bəlkə ona da əlac tapmısınız. ..???

Bəlkə , o torpaqlara qayıtsaq xarabalıqları bərpa etmək sizə ağırlıq gətirir.?
Həyətimizdə ekskavatorun (yerqazan traktor ) bir çömçə yer qazmasını istəyirəm. Hasarımız daşdan deyil , gül- çiçəkdən olacaq.
Yaxşı sizləri bildik. Var- dövlət yığmağa qarışıb başınız.
Bəs bize nə olub.?
Nə olacaq, biz de gah o yardımın dalıyca qaçdıq, gah da tut ağacından yıxılanımıza " Qarabağ əlili" vəsiqələri düzəltməyə...
Elə baxan öyrətdiler bizi.
Tuman geyən "kişilər" dinimizi hacaladı, qaşın- üzün alan "kişilər"de körpü altlarına, parklara- xiyabanlara "tələbə" hazırlaşdırdı...
Hansı kökün üstündə bitsin bu ot.?
Bizə ancaq "Atı atın yanına bağlayanda həmrəng olmasa da həmxasiyyət olar " misalı yaraşır.
Bütün bu 30 ildə (1988 ci ildən ) itirdiyimiz hər şəyə, bəli istər şehidlərimizə ister torpaqlarımıza Allah rəhmət eləsin...
Atadan oğula yaxşı ad-san , bəzən var- dövlət miras qalar, müharibə yox....!!!!

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !