Cəlilabadda təbii fəlakət nəticəsində evsiz qalmış ailələrə yeni mənzillər verilib - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Cəlilabadda təbii fəlakət nəticəsində evsiz qalmış ailələrə yeni mənzillər verilib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 2015-ci ilin oktyabr-noyabr aylarında yağan intensiv yağışlar nəticəsində Cəlilabad rayonunun Göytəpə şəhərində uçmuş 1 ədəd 16 və 1 ədəd 4 mənzilli kommunal evlərin əvəzində rayonun Kazımabad kəndində tikilmiş 20 fərdi yaşayış evi bu gün sahiblərinə təhvil verilib.

Bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və mənzil sahibləri iştirak ediblər. Çıxış edən RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb.

İcra başçısı dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramların icrası işlərinin uğurla davam etdirildiyini,vətəndaşların mənzillə təminatı istiqamətində də mühüm addımların atıldığını bildirib. Yeni mənzillə təmin olunan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə edildiklərinə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

 


Ağaddin BABAYEV, Cəlilabad

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !