Bəstəkar-müğənni yeni yaranan qrup haqqında danışdı - + FOTO

Bəstəkar-müğənni yeni yaranan qrup haqqında danışdı + FOTO

Daima öz yenilikləri ilə maraq doğurmağı bacaran bəstəkar- müğənni Arif Səlimov bu dəfə isə yeni yaranmış qrup haqqında məlumat verib.

Belə ki, son günlər bir çox qruplar yaranır və qısa müddətdə dağılırlar. O yenicə yaranan "RR" qrupunun uzun müddətli olacağına inandığını söyləyib. Qrup üzvləri Rəsul və Rəhmanın istedadlı olduğunu bildirən bəstəkar-müğənni tezliklə sözləri və bəstəsi özünə adi olan "Sevirəm" adlı ilk mahnılarının hazırlandığını qeyd edib. Bundan əlavə qrupun bəstəkarın sənət müəllimi olan Şəfiqə Axundovanın bəstələrindən birini ifa edəcəklərini vurğulamışdır.


Sonda bəstəkar müğənni 1 İyun "Uşaqların Müdafiəsi Günü" -də Dünya televeziyasında yayımlanan "Bu Sabah" verlişinin qonağı olacağını və bu verlişdə də ilk dəfə olaraq "RR" qrupunun təqdimatını edəcəyini bildirmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !