Dərinin ikinci "Rənglərin sehirli toxumaları” solo incəsənət sərgisinə xoş gəlmisiniz!
Bu xəbəri paylaş
Burada,siz Dərinin öz bacarıqlarını əks etdirən 60 ədəd incəsənət əsəri ilə tanış olacaqsınız.
Sərgidə nümayiş olunacaq əsərlər batik, yağlı boya, akvarel və təkrar materiallardan istifadə olunmaqla yaradılıb.
Dərinin ilk "Dünyaları yaradarkən" solo sərgisi 2016-cı ilin mayında İçəri Şəhərin sərgi salonunda keçirilmişdir. Bu sərgi mütəxəssislər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Dərin, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən uşaq və gənclər üçün təşkil olunan “Saf Rənglər” beynəlxalq festivalında "Eko-mədəniyyət" nominasiyasında təkrar materiallardan yaradılmış “Balıq” əsərinə görə 1-ci yerə layiq görülmüşdür.
Sərginin açılışı 3 iyun 2017-ci il saat 18:00-də Baki Müassir İncəsənət Mərkəzində keçiriləcək.
Ünvan: İçəri Şəhər, Qüllə küçəsi 15
Giriş pulsuzdur.