Cəlilabadda arxeoloji sərginin açılışı olub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Cəlilabadda arxeoloji sərginin açılışı olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

 Mayın 23-də Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində arxeoloji tədqiqatlar nəticəsində tapılmış 154 ədəd yeni eksponatdan ibarət sərginin açılışı olub. Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, icra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icra başçısı Əziz Əzizov təşkil edilmiş sərginin əhəmiyyətindən danışaraq, Azərbaycan tarixinin öyrənilməsində mühüm rol oynayan axeoloji ekponatların muzeydə toplanılması və mühafizəsinin əhəmiyyətini qeyd edib. Əziz Əzizov bildirib ki, bu gün əsas məqsəd muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm rola malik olduğunu göstərməkdir.Vətəndaşlar muzeyləri gəzməklə milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənməklə çağdaş həyatımızı anlamağa kömək edir. Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanlar əsaslı şəkildə yenilənir. Qədim tarixi olan və geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Cəlilabadın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Buna görə də biz Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bidiririk. Belə ki,29 aprel 2010- cu il tarixində Tarix- Diyarşünaslıq Muzeyinin açılışinda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Muzeydə respublikanın və rayonun qədim orta əsr yeni dövrünə aid arxeloji tapıntılar nümayiş etdirilir. 7 bölmədən ibarət olan muzeydə təbiət, antik dövr, kənd təsərrüfatı, hərbi dövr, etnoqrafik, tunc dövr bölmələri, həmçinin açıq səma altında muzey fəaliyyət göstərir.
Tədbirdə o da diqqətə çatdırılıb ki, Cəlilabad rayonu tarix, mədəniyyət və memarlıq abidələri, kurqanlar, məbədlər, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilir. Yerli əhalinin köməyi ilə rayonun ərazilərindən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət nümunələrinin hesabına hazırda muzeydə 2 minə yaxın eksponat sərgilənir. Təkcə 2017-ci ilin son 4 ayında 154 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verilib. Bu eksponatlar içərisində nadir və maraqlı arxeoloji və etnoqrafik əşyalar diqqəti cəlb edir. Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, rayonun qonaqlarının və ərazidəki hərbi hissələrin əsgər və zabitlərin ən çox ziyarət etdiyi məkanlardandır. 2016-cı ildə muzeyə 2500 nəfər, cari ilin 4 ayında isə 700 nəfərə yaxın ziyarətçi gəlib. Burada nümayiş olunan müxtəlif tarixi dövrlərə aid silahlar, sikkə və pul nümunələri, duluzçuluq məmulatları, məişət əşyaları ziyarətçilərin böyük marağına səbəb olur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !