Komitə sədri Ağdamda vətəndaşları qəbul edib - + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Komitə sədri Ağdamda vətəndaşları qəbul edib + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Dövlət başçısının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov Ağdamda vətəndaşları qəbul edib.

 

Azpress.az xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

 

Ağdam Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda 20-dək vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

 

Vətəndaşların müraciəyət etdiyi bir çox məsələlər yerində həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Bundan başqa komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

 

Qəbuldan sonra komitə sədri Quzanlı qəsəbəsində “İslam həmrəyliyi, müassir çağrışlar və dini maariflənmə” mövzusunda konfrans keçirib.

 

Maya Quliyeva 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !