Cəbhə kəndində məktəb binasının əsaslı təmiri başa çatıb - + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Cəbhə kəndində məktəb binasının əsaslı təmiri başa çatıb + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kəndindəki tam orta məktəb binası əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, müəllim və şagirdlər iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək müəllim və şagirdləri, kənd sakinlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Müəllim, şagirdlər və kənd sakinləri çıxış edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 280 şagird yerlik məktəb binasının dam örtüyü tamamilə yenilənib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Divarlar suvanaraq rənglənib, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbdə fənn kabinələri və laboratoriyalar yaradılıb. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təchiz edilib.
Məktəbin həyətində abadlıq işləri aparılıb. Yerə tamet döşənib, yaşıllıqlar salınıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !