Kompüter oyunları üzrə rayon çempionatı keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Kompüter oyunları üzrə rayon çempionatı keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Astarada Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kompüter oyunları üzrə rayon çempionatı keçirilib

 

Aprelin 27-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ümumilli lider H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 14-29 yaşlı yeniyetmələr və gənclər arasında kompüter oyunları üzrə Astara rayon çempionatı keçirilib. Oyunların Əsasnaməsi Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Təhsil Şöbəsi tərəfindən təsdiq olunmaqlaş, Astara rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rəis müavini İqrar Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı və “Astara” İntellektual inkişaf Klubunun sədri Əfqan Hüseynov çıxış edərək Ümumilli lider H. Əliyevin keçdiyi şərəfli həyat yolu və zəngin irsi barədə söz açıblar. Daha sonra komandalara uğurlar arzulanıb və kompüter oyunları üzrə yarışa start verilib.
Püşkatma mərasimindən sonra komanda və fərdi birinciliklər üzrə yarışların uduzub çıxma beynəlxalq sisteminə uyğun mübarizəyə start verilib.
Komanda üzrə yarışlar “Counter-strike: Qlobal Offensive” (5 nəfər), fərdi yarışlar “FİFA 2016” oyunu üzrə keçirilib.
Yarışda 45 nəfər istedadlı gənc mübarizə aparıb. Komanda oyunu üzrə I yeri Astara şəhər 1 saylı tam orta məktəbinin komandası, II yeri Astara şəhər 2 saylı tam orta məktəbin komandası və III yerləri isə müvafiq olaraq Astara şəhər 4 saylı və rayonun Artupa kənd tam orta məktəblərinin komandaları tutublar.
Fərdi birinciliklərdə “FİFA 2016” oyununda I yerə İlqar Həsənzadə (Astara şəhər sakini), II yerə Nurlan Rzazadə (Astara şəhər 1 saylı tam orta məktəb), III yerə Vahid Qurbanov (Astara şəhər 2 saylı tam orta məktəb), “Heart Stone” oyununda I yerə Nicat Cəfərli layiq görülüblər.
Qalib komandalara və fərdi birinciliklərin qaliblərinə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.


Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !