Lənkəranda XX əsrdə türk -müsəlman xalqlarına qarşı soyqırımları mövzusunda keçirilən IV Beynəlxalq elmi konfrans başa çatıb - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda “XX əsrdə türk -müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV Beynəlxalq elmi konfrans başa çatıb + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprelin 26-dan Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans bu gün öz işini davam etdirib.

Yekun tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev ölkəmizin ərazisində yaşayan digər xalqların nümayəndələri ilə bağlı multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan, ölkə başçısının təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır.


Konfransın iştiraçılarına minnətdarlığını bildirən Y.Mahmudov belə bir möhtəşəm tədbirin ev sahibliyini edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova da xüsusi təşəkkürünü çatdırıb. O, həmçinin tariximizin həqiqi gerçəkliklərini dünyaya tanıdan yeni nəşrlərdən bir neçəsini icra başçısına hədiyyə edib.
Eyni zamanda tariximizin beynəlxalq miqyasda yüksək səviyyədə təbliğində böyük əməyi olan türkiyəli tarixçi alimlərə diplom və sertifikatlar təqdim olunub.


Konfransın rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dünya ictimaiyyətinə müraciət qəbul olunub.


Günün ikinci yarısında qonaqlar Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı Kompleksi, Azərbaycanlıların Soyqırımı Abidə Kompleksi, Həzi Aslanov parkı, Tarix Diyarşünaslıq Muzeyi ilə tanışlıq olublar. Daha sonra onlar rayonun Sütəmurdov kənd qəbiristanlığındakı erməni vəhşiliklərinin qurbanlarının qəbirüstü abidəsini, Gərmətük kənd məscidi və qəbiristanlığını, Şıxakəran kəndində Şeyx Zahid türbəsini, Astara rayonunun Pensər kəndində isə Seyid Cəmaləddin türbəsini və 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Lənkəran qəzasına gələrək, burada şəhid olmuş türk zabitii Camal Paşanın məzarını ziyarət ediblər.


Bununla da “XX əsrdə türk -müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV Beynəlxalq elmi konfrans başa çatıb.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !