Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub - + FOTO

Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub + FOTO

Aprelin 18-də Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub. O, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehnivəyaradıcı düşüncənininkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.


Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.


Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !