Lənkəranda Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti mövzusunda tədbir keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq aprelin 14-də Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyində Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 saylı və H.Aslanov adına 3 saylı tam orta məktəblərin müəllim-şagird kollektivlərinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.


Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər TŞ-nin aparıcı məsləhətçisi Ramin Höccətov, Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov, müəllimlər, şagirdlər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov qonaqları salamlayaraq, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlərin vacibliyini vurğulayıb.


Daha sonra çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq, dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən danışıb.


Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı isə çıxışı zamanı şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyətinin vacibliyini qeyd edib.


Lənkəran şəhər TŞ-nin aparıcı məsləhətçisi Ramin Höccətov da öz növbəsində şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmli rol oynadığını bildirib.


DQİDK-nin Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov isə çıxışı zamanı dini radikalizm, ekstremizm və onun fəsadlarından bəhs edərək, gənclərin radikal qrupların təsirinə məruz qalmamaları üçün maarifləndirmə tədbirlərinin, eləcə də “Fitnə” filminin mühüm əhəmiyyətindən söz açıb.


Sonda DDQİDK-nin sifarişi ilə lentə alınmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !