ADU-da Hava ilanları festival keçirilib - + FOTO

ADU-da “Hava ilanları” festival keçirilib + FOTO

Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Hava ilanları” festival keçirilib.


Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çin bayramlarında “uçan əjdahalar”ın meydana gəlməsi tarixindən, həmçinin hər il Çinin Veyfan şəhərində keçirilən “Hava ilanları” beynəlxalq festivalının ənənə və qaydalarından bəhs edib.


Tədbirdə həmin institutun əməkdaşları festivalda qalibə “Kağız ilan kralı” titulunun verildiyi müsabiqə proqramı, kağız ilanların hazırlanması və formaları, Çində bütün bəlalar və mənfi düşüncənin aradan qalxmasını simvolizə edən “hava ilanları”nın səmaya buraxılması ilə bağlı əfsanələr haqqında danışıblar.


Tədbi rçərçivəsində “hava ilanları”nın hazırlanması və təsviri üzrə ustad dərsi keçirilib, festival və Çinin kağız ilanlar muzeyi haqqında filmlər nümayiş olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !