YAP Lənkəran Şəhər Təşkilatının konfransı keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

YAP Lənkəran Şəhər Təşkilatının konfransı keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprelin 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatının 9-cu konfransı keçirilib. Tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran Şəhər Təşkilatı İdarə Heyətinin üzvləri və qonaqlar Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.
Sonra konfrans Heydər Əliyev Mərkəzində işə başlayıb.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. Daha sonra şəhər təşkilatının Nəzarət Təftiş Komissiyyasının sədri Nübüvvət Allahverdiyevin məlumatı dinlənilib.
Hər iki məsələ ətrafında müzakirələrdə YAP Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin sədri Yalçın Əliyev, şəhər təşkilatının Qadınlar Şurasının sədri Rasilə Əliyeva, Şəhər Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının katibi Güloğlan Bağırov, LDU ərazi ilk partiya təşkilatının katibi Kamran Kazımov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin sosial məsələlər komitəsinin sədri Hadı Rəcəbli, YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək, fikir və rəylərini bildiriblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib konfrans iştirakçılarını təbrik edib, siyasi fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Kofransda təşkilati məsələyə baxılıb, yeni tərkibdə Şura, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası seçilib.
Konfransda açıq səsvermə yolu ilə İlqar Dadaşov yenidən YAP Lənkəran Şəhər Təşkilatının sədri, Möhubbət Babayev, Rasilə Əliyeva və Əlimərdan Əliyev sədr müavinləri seçiliblər.
Konfransın sonunda Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Ağaddin BABAYEV,
Lənkəran.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !