ADU sertifikatla təltif olunub -

ADU sertifikatla təltif olunub

5-7 aprel 2017-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində 17-ci ixtisaslaşdırılmış “Təhsil.Karyera” adlı sərgi keçirilib.Sərgidə Rusiya, İsrail, Çexiya, Kipr, Azərbaycan və bir sıra Avropa ölkələrinin tanınmış universitetləri iştirak edib. “Təhsil.Karyera” sərgisində ölkəmizi Azərbaycan Dillər Universiteti (ADU) təmsil edib. ADU-nun rektorununtəşkilati məsələlər üzrə müşaviri Zaur Gözəlov sərgidəADU-nu tanıtmaq, universitetə xarici tələbələr cəlb etmək məqsədi ilətəqdimatla çıxış edib vəali təhsil müəssisəsinin tədris prosesi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.


Sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirən Z.Gözəlovun sözlərinə görə, ADU-da 20-dən çox müxtəlif dilin tədris edilməsi digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdirəlayiq hal kimi qiymətləndirilib.Yarmarka rəhbərliyi ADU-nun gələcəkdə keçiriləcək sərgilərdə iştirak etməsinin zəruriliyini bildirərək universitetinövbəti təhsil sərgilərinə dəvət edib.


Qeyd edək ki, ADU sərginin sertifikatı ilə təltif olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !