ADU komandası I yerə layiq görülüb - + FOTO

ADU komandası I yerə layiq görülüb + FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) “ADU komedi” şən və hazırcavablar klubu Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmin rayonun ərazisində yerləşən ali təhsil müəssisələri arasında keçirilən turnirdə I yerə layiq görülüb.


“Dillilər” şən və hazırcavablar klubu adı ilə ADU-nun təmsil edən komanda turnirdə 2 səhnə ilə çıxış edib. Film səhnəsi və İslam Həmrəyliyi Oyunlarında müsahibə mövzularında səhnələr nümayiş olunduqdan sonra komanda öz çıxışını vətənpərvərlik ruhunda yekunlaşdırıb.


Qalib tələbələr diplom, medal və kubokla mükafatlandırılıblar. Bundan başqa, komanda üzvlərindən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, komandanın kapitanı Vüqar Abdullayev, Pedaqoji (təhsil) fakültənin tələbəsi Zemfira Qurbanova ölkənin "Bakı yığması" komandasına qəbul olunublar.


Qeyd edək ki, turnirdə 16 komanda iştirak edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !