ADU-da könüllülərlə görüş keçirilib - + FOTO

ADU-da könüllülərlə görüş keçirilib + FOTO

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) IV İslam Həmrəyliyi Oyunlarında könüllü iştirak edəcək tələbələrlə görüş keçirilib. Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, eləcə də “Bakı-2017” könüllülərinin səfiri Elçin Səfərov və tələbələr iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan professor Ə.Əliyev tələbələri beynəlxalq səviyyəli idman yarışındakönüllü qismində fəal iştirak etməyə səsləyib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.


Daha sonra E.Səfərov IV İslam Həmrəyliyi Oyunları nəzdindəki “Könüllülər Proqramı”na müraciət etmiş namizədlərəkönüllülük prinsipi, o cümlədən öz iradəsi və sərbəst seçimi əsasında bu oyunlarda iştirak etməyin önəmli cəhətlərindən danışıb. O, könüllülərin fəaliyyət müddəti ərzində intizamlılıq, xoşrəftarlılıq, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə yiyələnə biləcəklərini vurğulayıb.


Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !