Lerikdə mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lerikdə mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirlinin sədrliyi ilə Lerik rayon mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Tədbirdə rayonun bütün mədəniyyət və turizm müəssisələrinin işçiləri iştirak ediblər. Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisii Vüsal Nəsirli seminar-müşavirədə çıxış edərək mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən söhbət açmaqla, onlara özünün tövsiyə və tapşırıqlarını verib.


Dada sonra Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Lerik rayonu üzrə nümayəndəsi Aqil Sucayev və Lerik rayon mədəniyyət və turizm müəssisələrinin rəhbərləri öz işləri, cari problemləri haqqında danışaraq, təkliflərini veriblər.


Seminar-müşavirə işgüzar və maraqlı müzakirələrlə başa çatıb.


Seminar-müşavirədən sonra Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli mədəniyyət işçilərinin bir qrupunu qəbul edərək, onların təkliflərini dinləyib.


Axırda idarə rəisi Lerik şəhərindəki mədəniyyət və turizm müəssisələrini gəzərək, əməkdaşların iş şəraiti ilə yaxından tanış olub, mövcud çətinliklərin tezliklə aradan qaldırılacağına söz verib.

 


Ağaddin BABAYEV,


Lerik.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !