LƏNKƏRANLI GƏNCLƏR TƏNTƏNƏLİ SURƏTDƏ HƏRBİ XİDMƏTƏ YOLA SALINIBLAR - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

LƏNKƏRANLI GƏNCLƏR TƏNTƏNƏLİ SURƏTDƏ HƏRBİ XİDMƏTƏ YOLA SALINIBLAR + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprelin 7-də Heydər Əliyev Xatirə Parkında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş tədbir keçirilib.


Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Qarabağ müharibəsi veteranları, çağırışçı gənclər, ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.


Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəisi mayor Tural Məmmədov, Milli Qəhrəman atası Ələkbər Əliyev, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Etibar Vəliyev, valideynlər adından Məmmədağa Cahangirov, çağırışçı gənclər adından Araz Nurullayev ürək sözlərini və arzularını bildirərək gənclərin doğma yurda sağ və salamat, qalib əsgər kimi qayıtmalarını arzulayıblar.


Tədbirdə çıxış edib gənclərə xeyir-duasını çatdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Bu gün Vətəni qorumaq gənclərin öhdəsindədir. İcra başçısı lənkəranlı gənclərin Vətənə ləyaqətlə xidmət edəcəklərinə, igidlik və şücaət göstərəcəklərinə əminliyini bildirərək, onlara hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib və düşmənə layiqli cavablar verərək qəhrəman əsgər adını qazanmağı arzulayıb.


Məktəblilərdən ibarət “Gənc Aslanovçu”ların ifasında səsləndirilən Vətənə, torpağa, Milli Orduya həsr olunmuş şeirləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Sonda musiqi sədaları altında çağırışçı gənclər Azərbaycan bayrağına təzim edib, hərbi xidmət keçəcəyi yerlərə yola düşüblər.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !