ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar - + FOTO

ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar + FOTO

Aprelin 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin 2016-2017-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa vuran tələbələrinin istehsalat təcrübəsinə yollanmasına həsr olunan konfrans keçirilib.

 

ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru Məmməd İsmayılov istehsalat təcrübəsinin mahiyyəti haqqında ümumi məlumat verərək onun tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. M.İsmayılov təcrübədə Tərcümə fakültəsi üzrə 126 tələbə, 29 rəhbər, Filologiya və jurnalistika fakültəsi üzrə 114 tələbə, 13 rəhbər, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi üzrə isə 206 tələbə, 47 rəhbərin iştirak edəcəyini qeyd edib. O, eyni zamanda təcrübənin müddəti, təşkili, keçiriləcəyi məkanlar, təcrübəçi və onun rəhbərinin vəzifələri, davamiyyət və fəaliyyət ballarının hesablanması haqqında təqdimatla çıxış edib.

 

Konfransda iştirak edən fakültə dekanları tələbələrə təhsillərini uğurla başa vurmaqları münasibəti ilə təbriklərini çatdırıblar. Onlar istehsalat təcrübəsinin tələbələrə universitetdə əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı yaratdığını qeyd edərək bu imkandan səmərəli istifadə etməyi tövsiyə ediblər.

 

Konfrans təkliflərin dinlənilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

 

Qeyd edək ki, istehsalat təcrübəsi 2016-2017-ci tədris ili üçün 06.04.2017-ci il tarixindən 01.06.2017-ci il tarixinədək 8 həftə ərzində davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !