Lənkəranda Aprel döyüşlərində qələbənin ildönümü qeyd olunub - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Aprel döyüşlərində qələbənin ildönümü qeyd olunub + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprelin 4-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ötən il aprel ayında cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Milli Ordusunun tarixi qələbəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatı rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, “N” saylı hərbi hissə əsgərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Lənkəran ŞİH başçısının müavini- İcra aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çıxış edərək Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün və qüdrətinin təntənəsi olduğunu qeyd edib. Natiq bildirib ki, bu qələbə xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. R.Əliyeva bütün ölkədə olduğu kimi Lənkəranda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.


Tədbirdə Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Əbulfət Əliyev, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev, Aprel döyüşlərində şəhid olmuş Qalib Zülfiqarlının qardaşı, Milli Ordunun əsgəri Qabil Zülfiqarlı və LDU-nun tələbəsi Orxan Əmənov çıxış edərək Aprel döyüşlərində qazanılan qələbədən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün cənab Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.


Tədbirin sonunda Aprel döyüşləri zamanı qəhrəmançasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər olməz, Vətən bölünməz” adlı sənədli filmə baxış keçirilib.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !