Gənclər üçün Təhsil Mərkəzinin 31 Mart Soyqırımını Tanı Twitter aksiyası kütləviliyi ilə seçildi - + FOTO

Gənclər üçün Təhsil Mərkəzinin “31 Mart Soyqırımını Tanı “ Twitter aksiyası kütləviliyi ilə seçildi + FOTO

Gənclər üçün Təhsil Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı günü kütləvi internet aksiyası uğurla yekunlaşdı.Mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən “twitter”də keçirilmiş və martın 30 -dan aprelin 1-dək olan dövrü əhatə etmişdir.  Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism #Armenianvandalism həştəqi ilə aparılmışdır. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara Soyqırım ilə bağlı həqiqətləri çatdırmaq olmuşdur.


Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada hashtagify, hashtracking, tweetchip, Tweet Binder metrikslərinin göstəricilərinə görə ümumilikdə 25000 “tweet” paylaşılmışdır. Bununla bərabər gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə soyqırım həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərmişlər. Akiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !