İstiqlal Muzeyində Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş Açıq Dərs keçirildi - + FOTO

İstiqlal Muzeyində Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş “Açıq Dərs” keçirildi + FOTO

31 Mart 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş “Açıq Dərs” keçirildi.


1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Muzeydə keçirilən dərsdə muzeyin elmi işçiləri Əliyeva Fəxriyyə, Ramazanova Gülay, Məmmədova Sufayi 225 saylı orta məktəbin və “İdrak” liseyin şagirdləri üçün ermənilər tərəfindən müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş mühazirələr ilə çıxış etdilər.
Dərsin sonunda Bakı soyqırımına həsr olunmuş film nümayiş olundu, şagirdlərlə “Tarixin yaddaşı” adlı intelektual oyun keçirildi və qaliblər muzey tərəfindən diplomlarla mükafatlandırıldılar. Həmçinin 225 saylı məktəbin şagirdləri mövzu ilə bağlı şeirlər səsləndirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !