ADU-da 31 Mart azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirilib - + FOTO

ADU-da 31 Mart azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirilib + FOTO

Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər, Beynəlxalq münasibətlər və Regionşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirilib.


Sosial elmlər kafedrasının müdiri,dosent Ədalət Abdiyeva31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin ən qanlı hadisəsi kimi yazıldığını bildirib. O,soyqırımı zamanımütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc soydaşımızın amansızcasınaqətlə yetirildiyini nəzərə çatdırıb. Hadisəni hər zaman xatırlamağın və dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışan Ə.Abdiyeva bu istiqamətdədövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi söyləyib.


Digər çıxışçılar erməni terrorizmi və onun tarixi, mart soyqırımının həyata keçirilməsində böyük xidmətləri olan Daşnaksütyun partiyası, “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi istiqamətində görülən işlər, azərbaycanlılara qarşı etnik təmizləmə, eyni zamanda Rusiyanın erməni amilindən istifadə edərək köçürmə siyasəti həyata keçirməsi barədə məlumat veriblər.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !