31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir - + FOTO

31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş tədbir keçirilmişdir + FOTO

Azərbaycan Respublikasının Düşənbədəki səfirliyinində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş keçirdiyi tədbirdə bu ölkədə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak edirdilər.Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra , Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verdi.


O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürütdüyü etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirdi.
Səfir Abbasəli Həsənov ermənilərin türk və müsəlman xalqlarına qarşı törətdiyi çoxsaylı cinayət hadisələrinidən danışaraq, eyni zamanda ötən əsrin 1915-ci ilndə Andronikin rəhbərlik etdiyi ermənilərin də Böyük Britaniyanın dəstəyi ilə İranın Qərbi Azərbaycan vilayətində özlərinə dövlət yaratmaq məqsədi ilə Xoy, Salmas, Urmiya, Culfa və b. bölgələrdə 100000 artıq insanı qətlə yetirərək, soyqırım həyata keçirdiklərini, yerli əhalinin böyük itkilər verməsinə baxmayaraq, öz məqsədlərinə nail ola bilmədiyini ,bu hadisələr haqqında İranın arxivlərində lazımınca sənədlər mövcud olduğunu bildirdi.


Səfir 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayaraq, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etdi.
Sonra 31 mart hadisələrini əks etdirən və yerli KİV-də dərc edilən məqalə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !