Qırğızıstan portalı professor Əli Həsənovun 31 mart soyqırımı ilə bağlı məqaləsini yayıb -

Qırğızıstan portalı professor Əli Həsənovun 31 mart soyqırımı ilə bağlı məqaləsini yayıb

Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun rus dilində “31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir” adlı məqaləsini yayıb.

 

Məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, yüzilliyin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı məlumat verilir. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq olunur.

 

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı tutarlı faktlar öz əksini tapıb.

 

Qulu Kəngərli

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

Bişkek 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !