Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub - + FOTO

Ankara Universitetinin dosenti ADU-da mühazirə oxuyub + FOTO

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın təşkilatçılığı ilə Ankara Universitetinin dosentiÖmər Kutlu “Bolonya süreci ve Yeterlikler” mövzusunda mühazirə oxuyub. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi mühazirədə Ö.Kutlu “Bilgi-becerik-yetkinlik” adlı slayd nümayiş etdirib, Bolonya sisteminin tarixi, təhsilin müxtəlif sahələrində tətbiq olunması barədə ətraflı məlumat verib.


Mühazirə qarşılıqlı müzakirələrlə sona yetib.


Qeyd edək ki, Ö.Kutlu universitetlərarası əməkdaşlıq çərçivəsində ADU-da AYÖS (Ankara Üniversitesi Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanının təşkil olunması ilə əlaqədar ölkəmizə təşrif buyurub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !