31 Mart-azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub -

31 Mart-azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub

AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi kitabxanasında 31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.


Sərgidə akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun “Tarixi həqiqətin soyqrımı”, Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Emin Şxəliyevin “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində”, Elman Cəfərlinin “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, eyni zamanda “Erməni xəyanəti: terror, soyqırım və deportasiya siyasəti”, “Erməni daşnak faşizmi və Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Zəngəzurda qalan izimiz”, “Dünyanın mənfur milləti: erməni” və digər bu qəbildən olan kitablar nümayiş edilir.


Sərgidə həmçinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və onun nəticələrini əks etdirən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !