Gənclər üçün Təhsil Mərkəzi 31 Mart azərbaycanlıların Soyqırımı günü internet aksiya keçirəcək - + FOTO

Gənclər üçün Təhsil Mərkəzi 31 Mart azərbaycanlıların Soyqırımı günü internet aksiya keçirəcək + FOTO

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə-nin verdiyi məlumata görə, internet aksiya əsasən “twitter”də keçiriləcək və martın 27-dən 31-dək olan dövrü əhatə edəcək. Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism həştəqləri ilə aparılacaq. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 31 Mart faciəsi ilə bağlı soyqırım həqiqətləri çatdırmaqdır.

 


Bununla bərabər tədbir çərçivəsində Mərkəzin Bakı və digər regional ofislərində 20 Yanvar faciəsi və Xocalı soyqırımı ərəfəsində təşkil olunan twitter aksiyasında müəyyən edilmiş cədvələ uyğun hər iki faciəyə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərən 42 ən aktiv gənc təşkilat tərəfindən təltif olunmuşdur.
Qeyd etmək istərdik ki , ingilis, rus, alman,fransız və türk dillərində təşkil olunan aksiyada hashtagify.me,trendmap.com, hashtags.org sayğaclarının göstəricilərinə görə ümumilikdə 20 Yanvar faciəsi ərəfəsində 17000 “tweet” ,Xocalı soyqırımı ərəfəsində 30000 “tweet” paylaşılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !