Astarada Novruz şənlikləri yüksək səviyyədə keçirildi - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Astarada Novruz şənlikləri yüksək səviyyədə keçirildi + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı bahar fəsli ərəfəsində xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırıb. Bu gözəllik sərgisində Astaranın da xüsusi yeri var. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 18-də Novruz bayramı şənliyi hamını öz əsrarəngiz gözəllikləri ilə məftun edən yaraşıqlı dənizkənarı park-bulvarda geniş şəkildə qeyd olundu. Rayon sakinləri və rayona gələn qonaqların əsl istirahət məskəninə çevrilmiş dənizkənarı park-bulvarda şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu.
Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları milli rəqslər ifa etdilər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı. Milli bayramımızın əsas atributu olan Bahar qızı izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram tonqalını yandırdı.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu. Rayon sakinləri postsovet dövründə keçirilməsi yasaq olunmuş bu milli bayramı xalqa qaytaran ulu öndər Heydər Əliyivin əziz xatriəsini xoş sözlərlə yad etdilər. Ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.



Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !