ADU-da məktəblilərlə görüş keçirilib - + FOTO

ADU-da məktəblilərlə görüş keçirilib + FOTO

Martın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının baş müəllimi Dinarə Muxtarovanın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin iştirakı ilə tədbir keçirilib. ADU ilə orta məktəblər arasında əlaqələri genişləndirmək, şagirdlərdə universitet haqqında ilkin təsəvvür yaratmaq vəonlara geniş məlumat verərəkdolğun fikir formalaşdırmaq məqsədi daşıyan tədbirin qonaqları Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53 saylı orta məktəbin şagirdləri olub.


Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin məqsədindən danışaraq onun şagirdlərin universitet və tələbə həyatı haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynaya biləcəyini vurğulayıb. Hazırda ADU-da 20-dən çox dilin tədris olunduğunu bildirən M.Qazıyeva universitetin tədris prosesi, beynəlxalq əlaqələrihaqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.O, şagirdlərə təhsillərində uğurlar arzulayıb və onları ADU-nun tələbəsi kimi görmək istədiyini söyləyib.


Kafedranın baş müəllimləri Dinarə Muxtarova və İlahə Əliyeva şagirdlərə ali və orta məktəb arasındakı oxşar və fərqli xüsusiyyətlər barədə məlumat veriblər. Onlar universitetdəki dərs prosesinin əyani formada canlandırılması məqsədi ilə şagirdlərə interaktiv metodla ingilis dilində dərs keçiblər.
Sonda 53 saylı orta məktəbin şagirdləri Novruz bayramının tarixi, atributları haqqında ingilis dilində məlumat veriblər və müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !