Ölkəmizi tanıyaq layihəsi çərçivəsində 7 rayonun 300-dən çox məktəblisi Lənkərana gəlib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 7 rayonun 300-dən çox məktəblisi Lənkərana gəlib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Xaçmaz, Quba, Qusar, Tərtər, Ağsu, Qobustan və Ağdaş rayonlarının ümumilikdə 300-dən çox məktəblisi Lənkəran şəhərində olub.

 


Aksiya iştirakçıları Heydər Əliyev Xatirə Parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıblar. Daha sonra tur iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və Bayraq Meydanı ilə tanış olublar.

 

Aksiya iştirakşılarının Lənkəranla tanışlığı sabah davam etdiriləcək.

 


Ağaddin BABAYEV,


Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !