Lənkəranda bayram yarmarkası keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəranda bayram yarmarkası keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Martın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü və təşkilatçılığı ilə şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. Yarmarkaya Lənkərаn və ətrаf rаyоnlаrdа, həmçinin Bаkı şəhərində fəаliyyət göstərən 30 firmа və şirkət tərəfindən 450 tondan çox müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyat çıxarılıb. Satılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı olub.

 

Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimovun sözlərinə görə, yarmarkanın keçirilməsində başlıca məqsəd bazarda süni qiymət artımının qarşısını almaqdan ibarət olub.

 

Günün sonuna kimi davam edən yarmarkaya Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və icra aparatının məsul işçiləri də baş çəkərək satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.

 


Ağaddin BABAYEV,


Lənkəran

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !