ADU-da “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxunub + FOTO
Bu xəbəri paylaş
Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov universitetin tələbələrinə “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxuyub.
İlk olaraq ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunduğunu xatırladaraq bu ilin keçən ilki “Multikulturalizm ili”nin davamı olduğunu qeyde dib. O, islam dininin dəyərlərindən, mahiyyətindən və Məhəmməd Peyğəmbərin dinə verdiyi töhfələrdən dədanışıb.
Çıxışında islam elm tarixində intellectual məktəblər və elmi mərkəzlər arasında Azərbaycan məktəbinin xüsusi yerinin olduğunu deyən Rəşad İlyasov Azərbaycanda yetişən məşhur islam alimləri və mütəfəkkirləri haqqında məlumat verib. O, Səlcuq imperiyası dövründə Azərbaycan məktəbinin keçdiyi təşəkkül və inkişaf mərhələlərindəndən söz açıb.
Daha sonar çıxış edən Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov milli dəyərlərdən, tolerantlıqdan bəhs edib.