Lerikdə ərzaq və kənd təsərrüfatı məsullarının satış-yarmarkası keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lerikdə ərzaq və kənd təsərrüfatı məsullarının satış-yarmarkası keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Martın 13-də Lerik şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib.

 

Yarmarkada bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə-tərəvəz, şirniyyat, çərəzlər, ət-süd, balıq və digər məhsulları bazar qiymətlərinə nisbətən 20-30 faiz ucuz alıcılara təklif edilib.

 

Yarmarkada süni qiymət artımının və eləcə də bəzi satıcılar tərəfindən baş verə biləcək sui-istifadə hallarının qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirilib.

 

Yaradılan şərait və satış qiymətləri ilə bağlı razılıq bildirən sakinlər belə yarmarkaların təşkil edilməsinin əhəmiyyətini qeyd edərək bayramqabağı göstərdiyi bu təşəbbüsə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Ağaddin BABAYEV, Lerik. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !