Astarada Şahin hərbi idman oyununun rayon birinciliyi keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Astarada “Şahin” hərbi idman oyununun rayon birinciliyi keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti SHXÇDX),Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq edilmiş “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun rayon birinciliyinin zona və final yarışları keçirilib.


Tədbirlərin açılış mərasimlərində Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov, Astara rayon Təhsil Şöbəsinin Gənclərin çağırışa qədər hazırlığı üzrə metodisti Rasim Cəfərov, Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Maya Həsənova, Təngərüd kənd tam orta məktəbin direktoru Xaqani Mahmudov, Şağlazüzə kənd tam orta məktəbin direktoru Əhmədşah Quliyev, Kakalos kənd 1 saylı tam orta məktəbin direktoru Şölə Əhmədova, Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, Şiyəkaran kənd 2 saylı tam orta məktəbin Gənlərin çağırışa qədər hazırlığı üzrə müəllimi Həbib Həbibov, Astara şəhər 3 saylı tam orta məktəbin Gənlərin çağırışa qədər hazırlığı üzrə müəllimi Alməmməd Bayramov çıxış edərk iştirakçılara uğurlar diləyiblər.


Rayon birinciliyinin zona və final yarışları 15 fevral-10 mart 2017-ci il tarixlərdə keçirilib. “Şahin” hərbi idman oyununun zona mərhələsində 39 tam orta məktəb komandası olmaqla 546 nəfər məktəbli iştirak edib.


Birinci zona üzrə yarış Astara şəhər 2 saylı tam orta məktəbdə, ikinci zona üzrə yarış Astara şəhər 3 saylı tam orta məktəbdə, üçüncü zona üzrə yarış Artupa kənd tam orta məktəbdə, dördüncü zona üzrə yarış Təngərüd kənd tam orta məktəbdə, beşinci zona üzrə yarış Şağlazüzə kənd tam orta məktəbdə, altıncı zona üzrə yarış Kakalos kənd 1 saylı tam orta məktəbdə, yeddinci zona üzrə yarış Sım kənd tam orta məktəbdə, səkkizinci zona üzrə yarış Hamuşam kənd tam orta məktəbdə reallaşıb.


Astara şəhər 3 saylı tam orta məktəbdə “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsində rayonun zona birinciliklərində qalib olmuş 6 komanda - Astara şəhər 2 və 3 saylı, Kijabə qəsəbə, Artupa kənd, Siyəkü kənd, Şiyəkaran kənd 2 saylı tam orta məktəb komandaları mübarizə aparıblar. I, II, III yerlərə müvafiq olaraq Şiyəkəran kənd 2 saylı, Astara şəhər 3 saylı və Kijabə qəsəbə tam orta məktəb komandaları layiq görülüblər. Şiyəkaran kənd 2 saylı tam orta məktəbin komandası 2017-ci ilin aprel ayında Lənkəran şəhərində keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanıb.
Rayon birinciliyinin zona və final mərhələsində fəxri yerlərə layiq görülən komandalar, yarışların təşkilində fəal iştirak edən mütəxəsislər, təşkilat nümayəndələri Rayon Gənclər və İdman İdarəsinin, SHXÇDX Astara rayon şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, Rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin diplomları, kubokları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 


Ağaddin BABAYEV,
Astara.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !