Lənkəranda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri mövzusunda seminar-müşavirə keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəranda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Martın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib. Rayondakı dini icma sədrlərinin, din xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini, tolerantlıq və multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirib. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xüsusi qeyd edən İ.Dadaşov bunun İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyini vurğulayıb.


DQİDK sədrinin birinci müavini Səyyad Salahlı isə çıxışında Azərbaycanda bütün dinlərə eyni, bərabər səviyyədə münasibət göstərildiyini diqqətə çatdıraraq, ölkəmizdəki tolerantlıq ənənələrinin, multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini bildirib. Cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini, ölkəmizin tarixi missiyanı həyata keçirdiyini xatırladan S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verməklə, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.


Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

Ağaddin BABAYEV,
Lənkəran

 

 

 

 

.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !