Astarada humanist aksiya keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )
Bu xəbəri paylaş
Novruz bayramı ərəfəsində Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ehtiyacı olan ailələrin oğlan uşaqlarının sünnət edilməsindən ötrü humanist aksiya keçirilib. Astara rayon Mərkəzi Xəstəxanasında yüksək ixtisaslı cərrahlar Sahib Surətov və Etibar Cəlilovun iştirakı 3 gün ərzində 200-dən çox uşaq əməliyyata cəlb olunmaqla ehtiyacı olan ailələrə Novruz bayramı günlərində hədsiz sevinc bəxş edilib.
Valideynlər rayon rəhbərliyi tərəfindən belə bir humanist aksiyanın keçirilməsini yüksək qiymətləndirərək, əziz bayram günlərində onlara bu sevinci bəxş edənlərə dərin təşəkkür və minnətdarlıqlarını çatdırıblar.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev belə humanist aksiyanın son illərdə artıq ənənəyə çevrildiyini, gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Ağaddin BABAYEV,
Astara.