ADU tələbələri üçün Gənc Elçilər proqramı çərçivəsində təqdimat keçirilib - + FOTO

ADU tələbələri üçün“Gənc Elçilər”proqramı çərçivəsində təqdimat keçirilib + FOTO

Martın 10-da Azərbaycan DillərUniversitetində (ADU) Azərbaycan Respublikası Gənclərvəİdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər TəşkilatlarıMilli Şurası tərəfindənhəyata keçirilən “Gənc Elçilər”proqramıçərçivəsində ilk tədbirkeçirilib.


UniversitetinRegionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və sədr müavini Aysun ZeynalovaGənclər Təşkilatları Milli Şurası, onun missiyası, məqsədi və strategiyası haqqında məlumat veriblər. Onlar “Gənc Elçilər”proqramının əsas məqsədinin Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərinbeynəlxalq əməkdaşlığının dəstəklənməsi olduğunu qeyd ediblər.Proqramın faydaları və meyarlarından danışan təlimçilər iştirak etmək istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !