ABŞ-ın Azərbaycandakı səfiri Masallıda olub - + FOTO (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

ABŞ-ın Azərbaycandakı səfiri Masallıda olub + FOTO (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta xanımı ilə birlikdə ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Masallı şəhərində olub. Öncə hörmətli qonağı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbul edib. Daha sonra Robert Sekuta şəhərin Heydər Əliyev Mərkəzində rayonun folklor rəqs qrupunun çıxışını izləyib.
Amerikalı diplomat və xanımı səfər çərçivəsində Masallı rayonunun sahibkar qadınları ilə görüşüb.
Səfir Robert Sekuta və xanımı qadın sahibkarlığını təbliğ edən Qadın Resurs və gənclərin bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzlərində də olublar.
Qeyd edək ki, hər iki Mərkəz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və Azərbaycan höküməti ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur.
Qadın Resurs Mərkəzi Masallı rayonunda 500-dən çox qadın və onların ailələrinə dəstək göstərir.
Xanım Sekuta Mərkəzdə qadınların qlobal problemlərini müzakirə etmək məqsədilə icmanın qadın üzvləri ilə “Dairəvi masa”da iştirak edib.
Amerikalı qonaqlar, həmçinin, rayonda fəaliyyət göstərən iki sahibkar qadının toxuculuq və çörək sexlərinə, SYSLAB məzunlarının çalışdığı “ASAN Həyat” Mərkəzinə baş çəkiblər.

Ağaddin BABAYEV, Masallı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !