“Gənclərin inkişaf yolunda motivasiyası” keçirilib + FOTO
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir, Bərdə və Yevlax şəhərlərində “Gənclərin inkişaf yolunda motivasiyası layihəsi həyata keçirilib.
Gənclərin inkşaf yolunda motivasiyası layihəsinin keçirilməsində məqsəd gənclərin fərdi inkşafı naminə onların elm və biliyə həvəsləndirilməsi, kreativlik bacarıqlarının inkişaf etdirilməsi, özünüinkişaf yollarının aşılanması, aktiv həyat tərzinə, eyni zamanda stressdən uzaq bir yaşam tərzinə dəvət olunmasıdır.
Mingəçevir, Bərdə və Yevlax şəhərlərində keçirilən təlimlərdəiştirak edən gənclərə özünə inam, özgüvən hisslərini aşılamaq, ölkəmizdə və xarici ölkələrdə idman, təhsil, iş sahələrində aktiv fəaliyyət göstərən gənclərlə tanış etmək, həvəs və bacarıqlarını ortaya çıxardaraq onlara buna görə dəstək göstərmək istiqamətlərində seminarlar keçirilib.