ADU-da milli adət-ənənələrlə bağlı möhtəşəm tədbir - + FOTO

ADU-da milli adət-ənənələrlə bağlı möhtəşəm tədbir + FOTO

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi ilə irəli sürdüyü “Milli adət-ənənələrimizi yaşadaq” adlı təşəbbüs çərçivəsində ədəbi-musiqili tədbir keçirilib.Tədbirdə xarici ölkələrin respublikamızdakı səfirliklərinin təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, KİV-in tanınmış nümayəndələri, həmçinin ADU-nun professor müəllim və tələbə heyəti iştirak edib.


ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev və Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov universitetin xanım əməkdaşlarını 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib və əmək fəaliyyətində fərqlənən xanımların mükafatlandırıldığını qeyd ediblər.


Respublikamızın tanınmış musiqi ifaçılarının, eyni zamanda universitetin “Dalğa” rəsq ansamblının və tələbələrinin çıxışları tədbirə xüsusi maraq qatıb.


Sonda professor Ə.Abdullayev milli-mənəvi dəyərlərə həsr olunan tədbirdə cəmiyyətdəki fəaliyyəti ilə tanınan insanların iştirak etdiyini söyləyib və onlara dəvəti qəbul edib tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib. Təşəbbüsün mahiyyətindən danışan Ə.Abdullayevhər ayın bir günü universitetin əməkdaşları və tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsinin nəzərdə tutulduğunu qeyd edib.O, bu təşəbbüsün həyata keçirilməsinin milli adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətli olduğunu sözlərinə əlavə edib. Ə.Abdullayev universitetin xanım əməkdaşlarını və tələbələrini8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !