Lənkəranda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Bu gün Lənkəran şəhərindəki “Şah” sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon bayram şənliyi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə İcra başçısı Taleh Qaraşov çıxış edərək rayon qadınlarını bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Bayram şənliyində rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəbləri şagirdlərinin ifa etdikləri rəngarəng mahnılar və rəqslər iştirakçılarda xoş ovqat yaradıb.



Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !