İbad Hüseynovla görüş keçirilib - + FOTO

İbad Hüseynovla görüş keçirilib + FOTO

Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin pedaqoji təcrübədə olan 426 B və 427 A qrup tələbələrinin təşkilatçılığı və onların metodisti,İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Mehriban Hüseynovanın təşəbbüsü ilə Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş keçirilib.


ADU tələbələrinin pedaqoji təcrübə keçdiyi Nəsimi rayonundakı 14 saylı tam orta məktəbdə baş tutan görüşdə İ.Hüseynovun hərbi fəaliyyəti, qəhrəmanlığı, döyüşlərdə göstərdiyi şücaət haqqında məlumat verilib, mövzu ilə bağlı videomateriallar nümayiş olunub.


İ.Hüseynovməktəblərdə belə görüşlərin keçirilməsinin gənclərinmilli ruhda böyüməsində mühüm rol oynadığını qeyd edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə,həmçinin İ.Hüseynovun qəhrəmanlığına həsr edilən və real faktlara əsaslanan “Xüsusi təyinatlı İbad” adlı film nümayiş olunub, azyaşlı şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !