İtaliya mətbuatı Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı mövzuya geniş diqqət ayırmışdır -

İtaliya mətbuatı Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı mövzuya geniş diqqət ayırmışdır

İtaliyanın kütləvi informasiya vasitələrində bu ölkənin müxtəlif şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı təşkil olunmuş tədbirlər barədə çoxsaylı xəbər, reportaj və məqalələr yer almışdır.

Bu xüsusda, Romada təqdim olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi” ədəbi-musiqili tamaşa barədə veriliş və reportajlar “AB Channel - Sky 835” və “Retesole TG Lazio” televiziya kanallarında nümayiş olunmuşdur. Habelə bu tamaşa barədə “Agenpress”, “Radio Colonna”, “Piu Culture”, “Andradelab”, “Dazebaonews”, “Il Primato Nazionale”, “Maddaloneinews”, “Caserta Prima Pagina”, “Otto Pagine”, “Caserta Zon”, “Opinione Pubblica”, “Daily Cases”, “Radio Artista”, “Eurasia News” kimi xəbər portallarında məlumatlar dərc olunmuşdur.


Neapol şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir barədə “Canale 21” televiziya kanalında, “Terre di Campagna”, “Daily Cases”, “Il Denaro”, “Efetto Napoli” kimi xəbər protallarında məlumatlar yayımlanmışdır. Sicilyanın Kataniya şəhərində keçirilmiş tədbir isə “Globus Television” televiziya kanalının diqqətində olmuşdur.

Bununla yanaşı, Azərbaycan İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Agenparl” xəbər agentliyinə və “Globus Television” televiziyasına müsahibələr vermiş, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın məqaləsi “Daily Cases”, "Caratteri Liberi" və “Andradeleb” kimi portallarda, italyan jurnalistlər Domeniko Letizia, Romolo Martelloni və tədqiqatçı Daniel Pommierin məqalələri isə müvafiq olaraq “Opinione” qəzetində, “Notizie Geopolitiche” və “Media Periscope” portallarında dərc olunmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !