ADU-da Endokrinoloji xəstəliklərin profilaktikası adlı tədbir keçirilib - + FOTO

ADU-da “Endokrinoloji xəstəliklərin profilaktikası”adlı tədbir keçirilib + FOTO

Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Endokrinoloji xəstəliklərin profilaktikası” adlı tədbir keçirilib. TədbirdəEndokrin Mərkəzinin əməkdaşları Dilşad Aslanova və Xəyalə Qarayeva, həmçinin universitetin müəllim və tələbələri iştirak edib.
Öncə S.Musayeva endokrin sistemini təşkil edən orqanlar haqqında iştirakçılara ətraflı məlumat verərək bu orqanların düzgün şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıb.O, daxili sekresiya vəzlərinin funksiyasının pozulması nəticəsində yaranan endokrin xəstəliklərin törətdiyi fəsadlar barədə söz açıb.
Endokrin vəzlərin insanın sağlam həyat tərzi sürməsində böyük rol oynadığını vurğulayan həkim-endokrinoloq D.Aslanova şəkərli diabet xəstəliyinin yaranma fəsadları, müalicə metodları haqqında danışıb. O,çıxışında endokrin vəzlərin fəaliyyətinin pozulması nəticəsində yaranan şəkərli diabet xəstəliyinin müalicə üsulları, profilaktik tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Daha sonra qalxanabənzər vəzin funksiyalarından bəhs edən həkim-endokrinoloq X.Qarayeva insanların düzgün qidalanmasının, fiziki faəliyyətlə məşğul olmasının, spirtli içkilər və tütün məhsullarından imtina etməsinin endokrin xəstəliklərin müalicə olunmasında əhəmiyyətli faktor olduğunu deyib. O, respublikamızın müxtəlif bölgələrində adıçəkilən xəstəliklərin yayılma hallarından danışıb və onların vaxtında müəyyən olunması ilə müalicəyə daha tez tabe olduğunu sözlərinə əlavə edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !