Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirici tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirici tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonunun Cil kəndindəki “Hüseyniyyə” məscidində“İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Dindarların, dini icma sədrlərinin, ziyalıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihənin əhəmiyyətindən danışaraq İslam Həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin İslam Həmrəyliyi təşəbbüsünü zamanın çağırışlarını özündə ehtiva edən addım olduğunu bildirib.
Lənkəran ŞİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dinə göstərilən dövlət qayğısını xüsusi qeyd edib.
Rayonun Hirkan qəsəbə məscidinin axundu Ayaz Mirzəyev ənənəvi İslam dəyərləri, dinimizdə “Orta yol” anlayışı, onun mahiyyəti haqqında məlumat verib.
Rayonun Ləj kənd məscidinin axundu, ilahiyyətçi Samid Quliyev ənənəvi İslamın dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən söz açıb.
Rayonun Daşdatük kənd məscidinin axundu və dini icmasının sədri Şahid Babayev isə çıxışı zamanı islam dininin sülh, dostluq və həmrəylik dini olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən ilahiyyatçı Mahir Şəkərov İslam dinində ədəb və əxlaq qaydaları, böyüyə hörmət, kiçiyə mərhəmət prinsiplərindən danışarsaq, İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !