Akademiyada Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı - + FOTO

Akademiyada Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı + FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 26 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım günü keçirilmişdir. Akademiyanın professor-müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşən tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Tədris işləri üzrə prorektor Sirac Məmmədov ilk öncə bu amansız soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd etdi və Xocalı soyqırımını sadəcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilən amansız bir cinayət adlandırdı.
Sirac müəllim eyni zamanda qeyd etdi ki, “bu faciə 21-ci əsrin astanasında gərçəkləşən ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ dövründən Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı şəhəri tərk etdi. Amma bir günün içində dinc sakininlərdən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Hörmətli tədbir iştirakçıları! Heç şübhəsiz ki, azərbaycanlı bir ananın öz övladının ağzını bağlıyaraq öldürməyə məcbur olması, erməni faşistlərini qəddarlıq və vəhşilik abidəsinə çevrilmiş və onların əsl simalarını ifşa etmişdir. Ancaq Soyqırım həqiqətlərini dünyaya tanıtma yolunda siz gənclərin üzərinə böyük məhsuluyyət düşür. Azərbaycan gəncliyi unutqan olmamalı, öz tarixini yaxşı bilməli və milli dəyərlərin təbliği istiqamətində ciddi səy göstərməlidir.
Bilirsiniz ki, bu gün soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət davam etdirilir. Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırım kimi tanınması və obyektiv qiymət verilməsi tarixi zərurətdir. ”
Çıxışının sonunda Sirac müəllim Azərbaycan Respublikasının ümummilli lideri H.Əliyevin və onun layiqli davamçısı İ.Əliyevin soyqrıma hüququ statusun verilməsi yolunda ardıcıl işlər apardıqlarını bildirdi və erməni faşizminin beynəlxalq müstəvidə ifşa edilməsinin çox vacib olduğunu bir daha qeyd edərək, tədbir iştirakçılarını bu yolda aktiv olmağa çağırdı.
Daha sonra çıxış edən faciə zamanı döyüşlərdə iştirak edən XOCALI sakini Qiyas Əhmədov ardıcıllıqla o illərdə cərəyan edən hadisələrdən və baş verən proseslərdən söz açdı.
O, qeyd etdi ki “7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa ərazisində mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və milli ordunun döyüşçülərindən təşkil olunmuşdu.
O, öz çıxışının sonunda qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən 25 il keçməsinə baxmayaraq bu problem öz həllini tapmamış və bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.”
Daha sonra soyqrım haqqında sənədli film nümayiş etdirildi.
Tədbir akademiya tələbələrinin hazırladığı Xocalı hadisələrini əks etdirən falshmob ilə sona çatdı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !